Xəstəlik haqqında məlumat almaq üçün klikləyin
Müalicə sahələri haqqında ətraflı məlumat
Fəqərəarası disk yırtıqlarının cərrahi və əməliyyatsız müalicəsi.
Ətraflı oxu →Boyun disk yırtığı, boyun ağrıları və servikal stenozun müasir müalicəsi.
Ətraflı oxu →Disk yırtıqlarının lazer texnologiyası ilə minimal invaziv müalicəsi.
Ətraflı oxu →Onurğanın yan əyilməsi — diaqnoz, müalicə və idman tövsiyyələri.
Ətraflı oxu →Biləyin sinir sıxılmasının diaqnozu və müalicəsi.
Ətraflı oxu →Maqnit Rezonans Tomoqrafiya nəticələrinin peşəkar şərhi.
Ətraflı oxu →
Neyrocərrah · Tibb Elmləri Doktoru
Neyrocərrah Əliosman Qədimbəyli Moskva Universitetində "Tibb elmlər doktoru" alimlik dərəcəsinə layiq görülmüşdür. Onurğa cərrahiyyəsi sahəsindəki onilliklər boyu qazandığı təcrübə ilə Azərbaycanda öz sahəsinin aparıcı mütəxəssislərindən biridir.
Mövzuya klikləyin
Bel qrijası — fəqərəarası diskin zədələnərək siniri sıxması nəticəsindədir. Əsas əlamətlər: bel-oma …
Ətraflı oxu →Boyun qrijası — boyun fəqərələri arasındakı diskin sinirləri sıxması nəticəsindədir. Əsas əlamətlər:…
Ətraflı oxu →Lazer texnologiyası disk yırtıqlarının minimal invaziv müalicəsini mümkün edir. Az kəsik, tez sağalm…
Ətraflı oxu →Skolyoz onurğanın yan tərəfə əyilməsidir. Uşaqlarda daha çox görülür, erkən diaqnoz çox vacibdir.…
Ətraflı oxu →Karpal tunel sindromu biləyin median sinirinin sıxılması nəticəsindədir. Əldə uyuşma və zəifliklə öz…
Ətraflı oxu →MRT onurğa xəstəliklərinin ən dəqiq diaqnostika üsuludur. Radiasiya istifadə etmir.…
Ətraflı oxu →Bel ağrısı dünyada ən çox rast gəlinən şikayətlərdən biridir.…
Ətraflı oxu →Boyun ağrısı müasir həyat tərzinin ən çox görülən şikayətlərindən biridir.…
Ətraflı oxu →Fəqərə sürüşməsi (spondilolistezis) — bir fəqərənin digərinin üzərindən sürüşməsidir. Bel ağrısı, ay…
Ətraflı oxu →Onurğa şişləri onurğa beyni, sinir kökləri və ya onurğa sütununun strukturlarından inkişaf edən pato…
Ətraflı oxu →Bel kanal darlığı (lomber spinal stenoz) — onurğanın bel nahiyəsindəki kanalın daralması nəticəsində…
Ətraflı oxu →Osteoporotik fəqərə sınığı — sümük əriməsi nəticəsindədir. Adi hərəkətlər zamanı belə baş verə bilər…
Ətraflı oxu →Dəyərli aktyorumuz Çingiz müəllim və Əliosman Qədimbəyli birlikdə ARB tv də verlişin qonağı olublar…
Ətraflı oxu →…
Ətraflı oxu →Qarmon ustasi Gövhər xanimla Əliosman Qədimbəyli bir efirdə…
Ətraflı oxu →Formu doldurun, ən qısa vaxtda sizinlə əlaqə saxlayacağıq
Boyun Disk Yırtığı
Boyun fəqərələri və diskləri, onurğanın ən yuxarı hissəsini təşkil edən, başın hərəkətliliyini, dayanıqlılığını təmin edən vacib orqandır.İnsan onurğasının boyun şöbəsində 7 ədəd fəqərə adlandırılan sümük yerləşir (C1-C7 kimi adlandırılır). Bu fəqərələrin mərkəzindəki kanaldan onurğa beyni keçir. Qrija (disk yırtığı)- fəqərələrin arasındaki diskin jelatinə bənzər nüvəsinin, qoparaq ,sürüşərək və ya yerindən çıxaraqdan qollara gedən sinirlərə və ya onurğa beyninə təzyiq etməsidir.Və bunun nəticəsində boyun qrijasının əlamətləri özünü göstərir.Adətən qrija yaranması 3 mərhələdə olur. Qabarma , protruziya və sonunda qrija.
Boyun qrijasının əsas əlamətləri
Əgər disk yırtığı sinir kökcüyünə toxunarsa qollarda simptom verər, əgər onurğa beynini sıxarsa mielopatiya əlamətləri verir. Boyun yırtığı olan xəstələrdə bu simptomlar ola bilər.
Boyunda ağrı və sərtlik
Boyun Qrijasında Mielopatiya Əlamətləri
Boyun Yırtığı Nədən yaranır?
Uzun müddət kompüter və telefon istifadəsi 📱 Boyun Yırtığı Diaqnoz necə qoyulur?
Həkimin baxışı, nevroloji müayinəsi və ardınca ən vacib müayinə MRT (maqnit rezonans tomoqrafiya)-dir. MRT diskin hansı səviyyədə olduğunu və sinirə nə qədər təzyiq etdiyini göstərir. Boyunda ən çox rast gəlinən C 4-5 və C 5-6 fəqərələr səviyyəsində olan disk yırtıqlarıdır. Qeyd edək ki, tibbdə həkimlər boyun fəqərələrini C hərfi kimi (yəni cervical –boyun sözünün ilk hərfini) qisa formasi olaraq işarələyib , ardıcıl olaraq nömrələyirlər.(C1-C7 qədər )
Boyun Qrijasının Əməliyyatsız Müalicəsi
Boyun qrijasi bel fəqərələrindən fərqli olaraq əksər hallarda müalicə ilə sağala bilirlər. Boyunun yükü az olduğu üçün bel qrijası ilə müqayisədə daha tez əməliyyatsız sağala bilər.Çünki bel bütün bədəni (70-80 kg) , boyun isə yalniz başı (5.5 kg) daşıdığı üçün yükü daha azdır və buna görə də daha tez fizioterapiya, lazer və dərman müalicəsindən fayda görə bilir. Çox nadir hallarda isə əməliyyat olunurlar.
Yüngül hallarda:
Tanınmış, məşhur Neyrocərrah Əliosman Qədimbəyli tərəfindən cərrahi əməliyyat göstəriş olmayan boyun qrijası xəstələrini əməliyyasiz müalicə edir. Disk yırtığının, protruziyanın ölçüsündən, yumşaqliq dərəcəsindən, yerləşmə yerindən asılı olaraq xüsusi təyin olunmuş programlar əsasinda xəstəyə özəl müalicə edilir.( diskogel, lazer nukleoplastika, tək nöqtə atışı və.s)
Boyun Qrijası Hansı Hallarda Əməliyyat olunmalıdır?
İnsanlar bəzən elə düşünürlər ki , boyun qrijası 6 mm böyük olarsa mütləq əməliyyat olunmalıdır, ancaq 6 mm kiçikdirsə müalicə ilə sağala bilər.Bu tamamiylə yalnış bir düşüncədir.Öncə qeyd edək ki, boyun çox önəmli və funksional təhlükəli bir bölgədir. Burada vaxtında doğru qərar verməmək ciddi fəsadlara gətirib çıxardar.Önəmli olan qrijanın ölçüsü yox , onun sərtliyi və yumşaqliğı, hansi sinir və ya onurğa beynini nə dərəcədə sıxaraq , hansı əlamətləri verməsidir.Əgər aşağıdaki boyun qrijaı əlamətləri varsa əməliyyat olunmaq tövsiyyə olunur.
Boyun Yırtığı Əməliyyatı Nədir?
Boyun yırtığı (fıtığı) əməliyyatı, dərman və fizioterapiyaya tabe olmayan, qollarda keyimə , gücsüzlük , qüvvətsizlik səbəb olan sinir sıxılmalarını aradan qaldırmaq üçün həyata keçirilən təhlükəsiz bir prosedurdur. Adətən mikrocərrahiyyə üsulu ilə ( 45-60 dəqiqə) icra olunur və 85-95% uğur dərəcəsinə malikdir.
Əməliyyatdan Sonrakı Sağalma Prosesi
Boyun Yıırtığı Əməliyyatın Risqləri Nələrdir?
Hər bir cərrahi müdaxilədə olduğu kimi, aşağı ehtimalla da olsa bəzi risklər mövcuddur:
Peşəkar neyrocərrah Əliosman Qədimbəyli tərəfindən boyun qrijasi əməliyyatları , almaniyanin Zeiss Opmio Vario 700 mikroskopu vasitəsiylə icra olunur.Mikroskopun üstünlüyü odur ki , siniri və damari dəfərlərcə böyütdüyü üçün sinir zədələnmə ehtimalı az olur.Əməliyyatdan bir gün sonar xəstə ağrısız birşəkildə evə buraxılır

🪑 Kompüter qarşısında düzgün outrun
📱 Telefona uzun müddət başı aşağı baxmayın
💪 Boyun və kürək əzələlərini gücləndirin
🚶 Hərəkətli həyat tərzi saxlayın
😴 Ortopedik yastıq istifadə edin
Boyun Qrijasinda İdmanlar
Boyun disk yırtıgının qarşısını almaq üçün mütləq boyun ətrafi əzələləri idman edərək qüvvətləndirmək lazımdır.
